Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin dəstəyini itirərək Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasına oturacaq.
Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın əsas vədi Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq olub. Rusiya prezidenti Vladimir Putin artıq Trampın qalib gələcəyini gözləyirdi. Beləliklə, o, ABŞ-nin dəstəyini itirmiş Zelenski ilə danışıqlar masası arxasına əyləşəcəyini gözləyirdi”, - deyə bildirilir.
Daşqın HəsənovMissiya.Az