AZ

"Qarşıdakı oyunlarda vəziyyətdən çıxmağa çalışacağıq" - Fernandu Santuş

“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün önəmli gündür. Bu münasibətlə hər birinizi təbrik edirəm”.

"Unikal" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Qrupdakı son iki görüşlə bağlı fikirlərini açıqlayan mütəxəssis vəziyyətdən çıxmağa çalışacaqlarını bildirib: “Mehdi Cənnətovun yığmaya çağırılmaması texniki qərardır. Milliyə dəvət alan futbolçuların hər birinə güvənirəm. İnanıram ki, onlar komandaya kömək edəcəklər”.

O, millinin heyətini gəncləşdirməyə çalışdıqlarını söyləyib: “Bu toplanışa 2 gənc futbolçu dəvət etmişəm. Onların vəziyyətinə baxacağıq. Amma yalnız gəncləri çağırmaq olmaz. Onların yanında mütləq təcrübəli oyunçular olmalıdır”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra isə son tur çərçivəsində səfərdə İsveçin qonağı olacaq.

Seçilən
6
unikal.az

1Mənbələr