AZ

 Bu gün bütün dünya Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin şahididir – Ədalət Verdiyev

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın fasiləsiz olaraq Azərbaycana qarşı törətdiyi hərbi təxribatların cavabı verilməli idi. Ermənistan təmas xəttində gərginliyi durmadan artırırdı. Cəbhə xəttinə yaxın ərazilərimizdə hücum silahları və əlavə qoşunlar cəmləşdirilirdi. Böyük həcmdə silah-sursatın Azərbaycan Ordusunun mövqelərinə yaxın ərazidə yerləşdirilməsi Ermənistanın hücuma hazırlaşdığını təsdiq edirdi. Ermənistan Azərbaycanın işğaldan əl çəkib sülhə gəlməsi ilə bağlı çağırış bəyanatlarını diqqətə almadı. Nəhayət, Ermənistanın növbəti təxribatlarının birində Azərbaycan Vətən uğrunda  müharibəyə başladı və cəmi 44 gün ərzində ərazilərimizin böyük əksəriyyətini erməni silahlılarından təmizlədi.

Bu fikirləri hafta.az-a Zəfər Günü ilə bağlı açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, ümumilikdə, 300-dən çox yaşayış məskəni yenidən öz nəzarətimizə keçdi. Ermənistanın Azərbaycan ərazilərində yaratmış olduğu “Ohonyan səddi” kimi tanınan mühəndis istehkam sistemləri bir neçə saat içində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edildi və bir-birinin ardınca gələn qələbə xəbərləri  Şuşanın azad edildiyi günə qədər davam etdi. Ardınca Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə bir çox əməliyyatlar keçirdik və  sonuncu antiterror əməliyyatı ilə ərailərimizdə separatimə birdəfəlik son qoyuldu.

Ə.Verdiyev xaqlımızın 4 ildir qeyd etdiyi Zəfər gününü Azərbaycan tarixinin ən şərəfli səhifəsi adlandırıb:

“Azərbaycan xalqı Ali Baş Komandanın və qəhrəman ordumuzun sayəsində 4 ildir ki, Zəfər bayramını qeyd edir və XXI əsrin tək qalib ölkəsidir. Ermənistan isə ilk dəfə kapitulasiya aktını imzalamış, fərari orduya malik ölkədir. Bu gün bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunun, Azərbayacan Ordusunun qəhrəmanlıq salnaməsinin şahidir. Azərbaycan işğalçı ölkə üzərində zəfər çalmaqla adını qalib ölkələr sırasına yazdı. “Zəfər günü” bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək”.

Seçilən
16
hafta.az

1Mənbələr