İsrailin xarici işlər naziri Gideon Saar Niderlanda səfər edəcək.
APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, onun Niderlandı həmkarı Kaspar Veldkamp, o cümlədən holland və yəhudi icmalarının nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Müzakirələrdə antisemitizmlə mübarizənin əhəmiyyəti, eləcə də digər zəruri gündəm məsələləri diqqət mərkəzində olacaq.