AZ

“Makkabi” ilə oyun Bakıda keçiriləcək? – “Beşiktaş”ın baş katibi açıqladı

Bir neçə gün öncə Avropa Liqasının 5-ci turunun “Beşiktaş” - “Makkabi” matçının bitərəf meydanda keçirilməsinə qərar verildi. Görüşün İstanbula salınmaması təhlükəsizlik səbəbindən idi.

Belə ki, Türkiyə hökumətinin müraciəti əsasında qarşılaşmanın noyabrın 28-də başqa bir ölkədə oynanılması qərara alınıb. Bundan sonra görüşün Azərbaycanda keçirilməsi ilə bağlı fikir və təkliflər də səslənir. Lakin ehtimallar yarı-yarıyadı.

Birincisi, noyabrın 28-də “Qarabağ” “Lion”u qəbul edəcək. Deməli, avrokubok matçını qəbul etmək standartında olan stadionlardan biri “Tofiq Bəhramov”da mümkün olmayacaq. Bakı Olimpiya Stadionunda COP-29 tədbiri olacağından “Beşiktaş” - “Makkabi” matçına stadionu hazır etmək fiziki və texniki baxımdan mümkün görünmür. Sumqayıt stadionu da həmin gün Minsk “Dinamo”su ilə “Kopenhagen” arasında oyunu qəbul edəcək.

Bəs bununla bağlı UEFA tərəfi Azərbaycana hər hansı müraciət edib?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə saxladıq. Onun “Football-plus.az”a cavabı belə oldu: “Bu barədə AFFA -ya hər hansı rəsmi müraciət daxil olmayıb”.

Bəs “Beşiktaş” tərəfi matçın Bakıda keçirilməsini istəyirmi?

Son durumu “Beşiktaş”ın baş katibi Kaan Şakuldan xəbər aldıq. Onun “Footbal-plus.az”a söylədikləri:

“İndi belə bir qərar yoxdu. UEFA-nın qərarını gözləyirik. Harda keçiriləcəyini yaxın zamanlarda hamınız öyrənəcəksiz. İndilik əlavə heç nə deyə bilməyəcəm”.

RÖYANƏ OĞUZ
Seçilən
20
football-plus.az

1Mənbələr