ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri vəzifəsinə Suzi Uaylsı təyin etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, o, Amerika tarixində bu nüfuzlu vəzifəni tutan ilk qadın olacaq.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Təyinatını şərh edən Tramp bildirib ki, Suzi Uayls sərt, ağıllı, novatordur və hamı ona hörmət edir. Trampın fikrincə, Suzi Uayls Amerikanı yenidən böyük və güclü etmək üçün yorulmadan işləməyə davam edir.
Qeyd olunur ki, o, Trampın seçki qərargahını parlaq şəkildə idarə etməklə artıq özünü səmərəli işçi kimi sübut edib. Mütəxəssislər Suzi Uaylsı müstəsna təşkilatçılıq qabiliyyətinə malik, komandada yüksək nizam-intizamla orqanik işi mükəmməl təşkil etməyi bacaran şəxs kimi təsvir edirlər. Bu, Trampın ABŞ-ın seçilmiş prezidenti kimi ilk mühüm qərarıdır. Uaylsın federal dövlət sistemində iş təcrübəsi olmasa da, güclü əlaqələri var və Tramp ona qeyd-şərtsiz güvənir.