Bu gün yığmamızın baş məşqçisi Fernando Santuşun AFFA-nın inzibati binasında mətbuat konfransı keçirilib.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlarara 24 futbolçu dəvət edib. Premyer-liqadan 18 oyunçunu heyətə daxil edən baş məşqçi həmçinin 6 legioneri də sərəncamında görəcək: qapıçılar - Nicat Mehbalıyev, Rza Cəfərov, Aydın Bayramov; müdafiəçilər - Abbas Hüseynov, Amin Seydiyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyok, Elvin Cəfərquliyev; yarımmüdafiəçilər – Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, Səbuhi Abdullazadə, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökcü; hücumçular - Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Mahir Emreli, Nəriman Axundzadə.
Səbuhi Abdullazadə ilə Mustafa Əhmədzadə ilk dəfə yığmaya dəvət olunub.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının 5-ci turunda noyabrın 16-sı Qəbələdə Estoniyanı qəbul edəcək, ayın 19-u isə səfərdə İsveç yığması ilə qarşılaşacaq.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta