AZ

WSJ: Tramp ikinci müddətində İranı təcrid etməyə çalışacaq

Ağ Evə qayıtdıqdan sonra Donald Tramp İrana qarşı sanksiyalar təzyiqini, o cümlədən ölkənin neft gəlirlərini kəsməyə cəhd göstərə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Qəzetin Ağ Evdə rəsmi işləyən həmsöhbətlərindən biri deyib ki, Tramp İranı diplomatik olaraq təcrid etməyi və iqtisadi cəhətdən zəiflədəcəyini vəd edib. Məqsəd Tehranın HƏMAS, "Hizbullah", eləcə də Yəmən husilərini, İraq və Suriyadakı şiə qruplarını maliyyələşdirməsinin qarşısını almaqdır.

Trampa yaxın mənbələr bildiriblər ki, yeni administrasiya İranın neft gəlirlərini məhdudlaşdırmağa çalışacaq. Xüsusilə, İran neftini daşıyan və satan limanlar və tacirlərlə mübarizə aparmaq planlaşdırılır.

WSJ-nin məlumatına görə, Tramp ilk prezidentlik dövründə Tehranın nüvə silahının hazırlanmasından əl çəkəcəyi və həmçinin ABŞ-ın terrorçu hesab etdiyi qrupları maliyyələşdirməyi dayandıracağı ümidi ilə Tehrana maksimum təzyiq strategiyasını təqdim edib.

ABŞ-da seçkilər noyabrın 5-də keçirilib. Respublikaçı namizəd Donald Tramp tələb olunan 270 səsdən 295-ni toplayıb. Onun Demokrat rəqibi Kamala Harris isə 226 səs yığıb. Respublikaçıların qələbəsi fonunda İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ prezident seçkiləri keçmişin səhvlərini nəzərdən keçirmək üçün bir fürsətdir.

Aydın

Seçilən
32
6
qaynarinfo.az

8Mənbələr