Rusiya İstintaq Komitəsi Dağıstanın təhsil və elm nazirinin keçmiş müavininin külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını bəyan edib. Bu barədə İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
Saxlanılan şəxsin adı açıqlanmır. İstintaqın məlumatına görə, 2013-cü ildən 2023-cü ilə qədər təqsirləndirilən şəxs şirkət rəhbərinə təmir-tikinti işləri üçün dövlət müqavilələrinin bağlanmasına köməklik göstərdiyi üçün 60 milyon rubl məbləğində rüşvət alıb. Ümumilikdə dəyəri 160 milyon rubldan çox olan 15 müqavilə bağlanıb.
Tural