AZ

Santuş Mehdi Cənnətovun son oyununu bəyənməyib

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş son oyunlarda əsas qapıçı olaraq meydana çıxan Mehdi Cənnətovun bu dəfə yığmaya çağırılmamasının səbəbini açıqlayıb.

QOL.az xəbər verir ki, bu gün mətbuat konfransında iştirak edən portuqaliyalı mütəxəssis 32 yaşlı qolkiperin millidəki son oyununu bəyənmədiyini bildirib:

"Texniki qərardır. Məşqçilər heyəti var. Mehdi ilə şəxsi heç bir problem yoxdur. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim".

Qeyd edək ki, M.Cənnətov Millətlər Liqasında Slovakiya ilə hər iki görüşdə, həmçinin Estoniya və İsveçlə matçlarda start heyətdə yer almışdı.

Seçilən
14
3
teleqraf.com

4Mənbələr