AZ

Samir Abasov daha bir tanışını “Neftçi”yə qaytarmaq istəyir

Millinin müdafiəçisi Elvin Bədəlov 6 ildən sonra «Neftçi»yə dönə bilər. Samir Abasov onu da «Sumqayıt»dan öz yanına aparmağı planlaşdırır. Beş ildir «kimfaçılar»ın şərəfini qoruyan arxa xətt oyunçusunun hazırkı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Bunu bilən Abasov ona ağ-qara formanı geyinməyi məsləhət görüb. Keçidin qış fasiləsində, yoxsa mövsümün sonunda gerçəkləşəcəyi isə hələ dəqiqləşməyib.
Bədəlov Abasovun «Sumqayıt»dan «Neftçi»yə aparmaq istədiyi dördüncü futbolçudur. Mütəxəssis həmçinin Roi Kehat, Mehdi Cənnətov və Səbuhi Abdullazadəni yenidən öz sərəncamında görməkdə maraqlıdır.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr