BMT-nin İnsan Hüquqları Şurası bir neçə ölkələrdə, xüsusilə də Fransada insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatını açıqlayıb.
Oxu24.com xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytında yer alan hesabatda əsas olaraq Fransada miqrantlara, eləcə də dənizaşırı ərazilərdə insanların hüquqlarının kobud şəkildə pozulması yer alıb.
Həmçinin şuranın əcnəbilərin zəruri sığınacaq proseduru, eləcə də hüquqlarına dair məlumat verilmədən məcburi qaydada Fransa-İtaliya sərhədinə geri qaytarılmasından narahat olduğu bildirilib.
Bununla yanaşı, hesabatda Britaniya-Fransa sərhədində miqrantların, eləcə də Fransanın Mayot dənizaşırı ərazisində müvəqqəti sığınacaqlardan və yaşayış yerlərindən insanların şiddət və güc tətbiq edilərək təxliyə edilməsi tənqid edilib.
Bildirilib ki, sözügedən bu sistemli təxliyələr insanların üzləşdiyi acınacaqlı həyat şəraitinin daha da pisləşməsinə gətirib çıxarır.
Eyni zamanda, hesabatda Fransa polisinin Yeni Kaledoniyada aksiyaçılara qarşı güc və zorakılıq tətbiq etməsi də yer alıb.