AZ

Ömer Bolat Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı,TurkicWorld

Türkiyənin Ticarət naziri Ömer Bolat 8 noyabr Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Bolat X sosial media hesabında paylaşım edib.

"Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümünü ürəkdən təbrik edirəm. Bu müqəddəs gün Azərbaycanın əzmkarlıq və fədakarlıqla apardığı müstəqillik mübarizəsinin qürurverici əlaməti kimi tarixə həkk olunub",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Zəfər Gününün dördüncü ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən iki il ötür. 2020-ci ilin noyabrında, 28 illik həsrətdən sonra, Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhəri işğaldan azad edilmiş və bu qələbə xalqımız üçün böyük tarixi və rəmzi məna kəsb etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətini və milli qürurunu təcəssüm etdirən bu tarix qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Seçilən
27
2
turkic.world

3Mənbələr