"Amsterdamda israilli futbol azarkeşlərinə hücum qəbuledilməzdir".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Niderlandın baş naziri Dik Şof "X" sosial şəbəkəsində bildirib.
Şof bütün maraqlı tərəflərlə sıx əlaqədə olduğunu və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını açıqlayıb:
"Amsterdamdan gələn xəbərləri izləyirəm və İsrail vətəndaşlarına qarşı antisemit hücumlardan dəhşətə gəlirəm. Bu, tamamilə qəbuledilməzdir".
Qeyd edək ki, "Makkabi Tel-Əviv" və "Ayaks" futbol klubları arasında keçirilən oyun üçün Amsterdama gələn israilli azarkeşlər şəhərin bir neçə yerində hücuma məruz qalıblar.
Gülşən Şərif