Azərbaycanda başlayacaq iqlim dəyişikliyi konfransının - COP29-un yüksək rütbəli rəsmisinin potensial qazıntı yanacağı sazişlərinin müzakirəsi ilə bağlı görüş təşkil etmək üçün öz rolundan istifadə etdiyi görünür, BBC xəbər verir.
Biz Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim edən adamla ölkənin dövlət neft və qaz şirkətində çeşidli “investisiya imkanlarını” müzakirə etdiyini əks etdirən gizli çəkilişləri görmüşük.
“Bizim işlənəsi çoxlu qaz yataqlarımız var”, - o deyib.
BMT-nin iqlim danışıqlarına məsul qurumunun keçmiş sədri BBC-yə deyib ki, onun hərəkətləri “tamamilə qəbuledilməzdir” və COP prosesinə “xəyanətdir”.
Şəklin mənbəyi, Reuters