“Ermənistan və Azərbaycan arasında sülh sazişinin bütün mətni ilə bağlı hələ razılıq yoxdur”.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı da yekun qərar verilməyib.
Kostanyan, həmçinin iki ölkə liderləri və yaxud XİN rəhbərləri arasında mümkün görüş barədə razılığın da olmadığını bildirib.