Fransa millisinin sabiq hücumçusu Antuan Qrizmann milliyə qayıtmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, ulduz forvard bu barədə "Canal Plus"-un sualına belə cavab verib:
“Bitdi, mən ora qayıtmayacağam. Bu, impulsiv qərar deyildi”.
Xatırladaq ki, Antuan Qrizmann bu il AÇ-2024-dən sonra milli karyerasını başa vurduğunu elan edib. O, ümumilikdə "xoruzlar"ın heyətində 137 oyun keçirib və 44 qol vurub.
Xatırladaq ki, Fransa millisi Millətlər Liqasında çərçivəsində noyabrın 14-də İsrail yığması, 17-də isə İtaliya seçməsi ilə qarşılaşacaq.
Mirağa