AZ

İkardi ciddi zədə aldı

“Qalatasaray”ın futbolçusu Mauro İkardi ötən gün Avropa Liqasının Liqa mərhələsində “Totenhem”lə keçirilən oyunda ciddi zədə alıb. 

“Qafqazinfo” xəbər verir ki, o, oyunun 83-cü dəqiqədə bud nahiyəsindən zədələnib.

Klubdan verilən açıqlamada bildirilib ki, MRT-də  onun çarpaz bağlarının qopduğu bildirilib. 

Buna görə də futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur. 

Seçilən
31
4
qafqazinfo.az

5Mənbələr