"Donald Tramp ilə əvvəlki prezidentliyi dövründə də birlikdə çalışdıq. Zaman-zaman fikir ayrılıqları olsa da, Türkiyə və ABŞ-nin model ortaqlığı danılmazdır".
Missiya.Az “TRT Haber” ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsini dəyərləndirərkən deyib.
“Ümid edirəm ki, bu seçki Amerika Birləşmiş Ştatları, regionumuz və dünya üçün faydalı olacaq. O, bir çox çətinliklərə, o cümlədən sui-qəsd cəhdinə qarşı mübarizənin həqiqətən gözəl nümunəsini göstərdi. Kampaniyasını çox, çox güclü, yorulmadan, müqavimət göstərərək davam etdirdi. Bu, hər bir siyasətçinin asanlıqla əldə edə biləcəyi cəhd deyil”,-deyə Türkiyə Prezidenti əlavə edib.Leyla SƏMƏNDƏRMissiya.Az