AZ

“Real”ın büdcəsi açıqlandı: Klub deyil, dövlətdir

“Real Madrid”in son maliyyə ilində (2023-cü il iyulun 1-dən 2024-cü il iyulun 1-dək) ​​xalis mənfəəti əvvəlki ilin mənfəətini 4 milyon üstələyərək 16 milyon avro təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Ümumilikdə Madrid klubu 1.073 milyard avro qazanıb ki, bu da 2022/23 mövsümündən 230 milyon çoxdur. Vergi və sosial ödənişlər 277,1 milyon avro təşkil edib. “Kral klubu” oyunçulara üç turnirdə qalib gəldikləri üçün bonus olaraq 40 milyon avro ödəyib.

“Real”ın cari mövsüm üçün büdcəsi 1,127 milyard avrodur. Komanda xərcləri ötən mövsümlə müqayisədə 504 milyondan 482 milyona qədər azalıb. Eyni zamanda, Madridin marketinq xərcləri əhəmiyyətli dərəcədə artıb – 340 milyondan 426 milyona.

Seçilən
11
publika.az

1Mənbələr