Evin həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Kərim Mərdanə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 2 il şərti olmaqla 5 il həbs cəzası alıb.
Son aylar azərbaycanlı fəallara qarşı həbs cəzası dalğası güclənib.
Bu mənada, Bağır Hacızadə, Ayaz Seyfxah və Araz Aman hər biri 13 il, Tahir Nəqəvi, Mürtəza Pərvin 6 il, Vədud Əsədi 9 il 6 ay, Salar Tahir Əfşar, Hüseyn Piri və Səid Minai 5 il, Kamal Nuri və Süleyman Məhəmmədi isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
visiontv.az