AZ

Ursula fon der Leyen Trampla Ukraynanı müzakirə edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Leyen özünün “X” sosial media hesabında məlumat yayıb.

"Biz Aİ-ABŞ əlaqələrini gücləndirməyi və geosiyasi problemləri həll etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik", - deyə siyasətçi vurğulayıb.

Leyen qeyd edib ki, onlar Ukraynanın müdafiəsi də daxil olmaqla bir sıra mövzuları müzakirə edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr