AZ

ResPlatforma COP29 iştirakçılarını Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb

III Respublika Platforması (ResPlatforma) Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar bəyanat verib.

ResPlatforma qeyd edir ki, Azərbaycan siyasi səhnəsində yaşıl gündəliyi olan ilk və yeganə siyasi təşkilatdır. Bununla yanaşı, ResPlatforma insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəliklərə, o cümlədən Paris Razılaşmasına istinad edərək iqlim dəyişikliyi və insan hüquqları mövzularının vəhdət təşkil etdiyini və bu baxımdan iqlim dəyişikliyinin zərərinin azaldılması siyasəti çərçivəsində insan hüquqları öhdəliklərinə riayət edilməsinin labüd olduğunu ifadə edir.

2023-cü ilin noyabr ayından Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin pisləşdiyi, eləcə də Azərbaycan hökuməti tərəfindən siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi mediaya qarşı misli görülməmiş repressiyalar həyata keçirdiyi şərh edilir. Repressiya qurbanları sırasında ResPlatformanın spikeri və lideri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli də var. Onlar siyasi motivli cinayət işi üzrə 2024-cü ilin mart ayından həbsdə saxlanılırlar.

ResPlatforma COP29 iştirakçılarından Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsini aydın şəkildə qınamağı və repressiya qurbanlarının, o cümlədən Akif Qurbanovun və Ruslan İzzətlinin dərhal azad edilməsini və hüquqlarının tam bərpasını tələb etməyi xahiş edir. Eyni zamanda, ResPlatforma COP29 iştirakçılarını repressiya qurbanlarını, o cümlədən Akif Qurbanov və Ruslan İzzətlini həbs yerlərində ziyarət etməyə çağırır.

* ResPlatforma 7 dekabr 2023-cü il tarixində demokratiya və qanunun aliliyi ideyaları ətrafında birləşən siyasətçilər tərəfindən təsis edilmiş və vətəndaş iştirakının təşviq edilməsinə yönəlmiş siyasi hərəkatdır.

Seçilən
12
1
turan.az

2Mənbələr