1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ərazidə qurulan bütün kofeşop və restoranların təmiri yekunlaşıb. Artıq restoranların bir çoxu fəaliyyət göstərir. Burada iki böyük restoran, 28 kofeşop və dünya mətbəxi nümunələrini təqdim edən qida satış nöqtəsi var. İtaliya, Hindistan, Avropa mətbəxinin satışını həyata keçirən məntəqələr də fəaliyyət göstərir. Təbii ki, bizim milli mətbəximizdə də təklif olunur. Noyabr ayının 11-ni səbirsizliklə gözləyirik".
Oxu.Az xəbər verir ki, bu sözləri COP29 Azərbaycan Əməliyyat Şirkətinin ketrinq, təmizlik və tullantıların təmizlənməsi departamentinin infrastruktur şöbəsinin müdiri Anar Zeynalov bildirib.
Anar Zeynalov vurğulayıb ki, konfrans dövrü qidaların hazırlanmasında 85-90 faiz yerli məhsullardan istifadə olunacaq:
"Xaricdən idxal olunan məhsullara az üstünlük veriləcək. Belə ki, logistik xidmətlərdən az istifadə karbon emissiyasının azalmasına çox mühüm töhfə vermiş olacaq".
Anar Zeynalov, həmçinin əlavə edib ki, restoran və kofeşoplarda qiymətlər Bakı şəhərindəki qida satış məntəqələrindən fərqlənməyəcək.
Şəhriyar Səmədov