AZ

Bərdədə 8 Noyabr - Zəfər Günü  ilə bağlı bayram tədbiri keçirilib - FOTOLAR

Bərdədə 8 Noyabr - Zəfər Günü  ilə bağlı bayram tədbiri keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdən öncə Uşaq İncəsənət məktəblərinin və təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət “Zəfər sərgisi” nə baxış keçirilib.
 
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli məclisin deputatı Fatma Yıldırım,  şəhid ailələri, qazilər və müharibə iştirakçıları, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kolllektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.
 
Sonra millət vəkili Fatma Yıldırım çıxış edərək qələbəyə gedən yolda Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, şəhidlərin misilsiz qəhrəmanlıqlarından, qazilərimizin əvəzolunmaz xidmətlərindən bəhs edib.
 
Tədbir Qarabağ xalq çalğı alətləri ansamblı tərəfindən hazırlamış musiqili proqramla davam edib.
Seçilən
9
2
moderator.az

10Mənbələr