AZ

Trampın qələbəsindən sonra Makrondan təəccüblü çağrış

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın qələbəsindən bir gün sonra Fransa prezidenti Emmanuel Makron ölkəsini və Avropanı “otyeyən deyil, hər şeyi yeyən” olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra Budapeştdə çıxış edən Fransa prezidenti Emmanuel Makron “Avropa artıq ot yeyən qala bilməz” deyib.

Trampın böyük səs fərqi ilə qalib gəldiyi seçkiyə toxunan Makron, "Bu vəziyyət mənim üçün çox sadədir. Dünya otyeyən və ətyeyən heyvanlardan ibarətdir. Əgər biz otyeyən olaraq qalmağa qərar versək, ətyeyənlər qalib gələcək və biz də ətyeyənlər olacağıq”.

Makron çıxışına belə davam edib: “Düşünürəm ki, biz heç olmasa hər şeyi yeyən olmağı seçməliyik. “Mən aqressiv lider olmaq istəmirəm, sadəcə olaraq, bütün bu məsələlərə qarşı özümüzü necə müdafiə edəcəyimizi bilməliyik.

NATO-nun “yenidən qurulması” və “ABŞ-ın qitədə xərclədiyi sərmayəni Avropaya qaytaracağına” söz verən Trampın seçilməsi Avropa siyasətində dalğalanmalara səbəb olub.

Makron məsələlər haqqında açıq açıqlamalar verməkdən qaçsa da; Nə olursa olsun müharibəni bitirəcəyini, Almaniyada hökumətin dağılmasını, Rusiyanın Ukrayna cəbhəsindəki əhəmiyyətli uğurlarını və təkbaşına siyasət yürütdüyünü bildirən Trampın Avropanın Çinlə ticarət mübahisəsini nəzərdə tutduğu təxmin edilir.

Bu ilin əvvəlində elan etdiyi erkən seçkilərdən sonra Makronun Avropa Birliyi səhnəsindəki öz liderliyi zərbə aldı. Makron çərşənbə günü Trampı təbrik edən ilk liderlərdən biri olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr