Bakı. Trend:
Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışıbaşlayır.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisiAnar Ələkbərov brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, biletlər pulsuz olacaq.
“Biletlər məhdud sayda olacaq və müəyyən tarix üçün nəzərdətutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq”, – o əlavəedib.
A.Ələkbərov qeyd edib ki, biletləri iTicket.az saytından əldəetmək mümkün olacaq.
Xatırladaq ki, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmidanışıqların mərkəzi olan “Mavi Zona” ilə yanaşı həmçinin COP29Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı,texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik “Yaşıl Zona” dafəaliyyət göstərəcək.
“Yaşıl Zona” iqlim məsələləri ilə bağlı müxtəlif maraqlıtərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elmadamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyətiinstitutları və rəsmi “Mavi Zona” nümayəndələrini də əhatə edəngeniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Ümumilikdə, “Yaşıl Zona” proqramı müxtəlif sahələrdədayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs vəmüzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqisahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha genişiştirakını ehtiva edir. Bundan əlavə, “Yaşıl Zona” dayanıqlıinkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələriarasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.