Respublikaçı Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra Avropa NATO və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir.
Oxu24.com xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolz Avropa Siyasi Birliyinin (APC) Budapeştdə keçirilən sammitində jurnalistlərlə söhbətində deyib.
“Biz təhlükəsizliyimizi təmin etmək üçün birlikdə çalışırıq... Biz Avropa İttifaqı, avropalılar olaraq təhlükəsizliyimiz üçün birlikdə nə lazımdırsa, etməliyik”, - kansler vurğulayıb.
Şolzun sözlərinə görə, təhlükəsizlik sahəsində işlər Aİ və ABŞ arasında transatlantik əməkdaşlıq çərçivəsində, eləcə də Şimali Atlantika Müqaviləsi kontekstində aparılır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, bir sıra Avropa liderləri Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbəsindən sonra Ukraynadakı münaqişənin həllinə keçmək barədə düşünməyə başlayıblar.
Orban vurğulayıb ki, Macarıstan həmişə Kiyevə silah və pul göndərilməsinin əleyhinə olub və indi “müharibədən sülhə təcili uyğunlaşma və yenidən qurmağın” vaxtı çatıb.
Bundan əvvəl Putin Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.
Nigar