AZ

Ərdoğandan mühüm açıqlama: "Sülhə nail olmaq üçün..."

ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri münaqişənin həllini sürətləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə əvvəldən sülh tərəfini seçib. Bizi tərəf tutmağa inandırmaq cəhdlərinə məhəl qoymamışıq. Müharibədə hər iki tərəflə əlaqə saxladıq, biz də gördük ki, Qərb bu problemin diplomatiya yolu ilə həll oluna biləcəyinə dair bizim düşüncələrimizi bölüşmür. Birlik olub bu müharibəyə asanlıqla son verə bilərik. Daha ​​çox silah, bomba və xaos bu müharibəni bitirməyəcək. Daha çox dialoq, diplomatiya və razılaşma sülhün qapısını açır. Türkiyə hər iki tərəfi danışıqlar masasına oturtmağı bacardı. Biz bunu dəfələrlə etmişik və yenə də edə bilərik. Bu müharibə indi başa çatmalıdır. Bütün diqqətimizi öz işimizə yönəltmişik, sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik", - Ərdoğan bildirib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
15
teleqraf.com

1Mənbələr