Təl-Əvivin “Makkabi” futbol klubunun rəhbərliyi komandanın Hollandiyadan olan azarkeşlərinin geri qayıtması ilə bağlı İsrail Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Bu barədə “Makkabi”nin mətbuat xidməti məlumat yayıb.
"Dünən gecə baş verən hadisələrdən sonra klub Amsterdamda yerləşən azarkeşlərin geri qayıtmasını əlaqələndirmək üçün Xarici İşlər Nazirliyi və Mədəniyyət və İdman Nazirliyi ilə birbaşa əlaqə saxlayır. Bizim əsas məqsədimiz azarkeşlərin təhlükəsiz və tez bir zamanda ölkəyə qayıtmasıdır. İsraili bütün azarkeşlərimizi Milli Təhlükəsizlik Baş İdarəsinin təlimatlarına əməl etməyə çağırırıq”.
Noyabrın 8-nə keçən gecə Amsterdamda fələstinli tərəfdarların hücumu nəticəsində azı 10 israilli yaralanıb. İsrailin “Ynet” xəbər portalı xəbər verir ki, insident Avropa Liqasında yerli “Ayaks” – “Makkabi” (5:0) futbol matçı başa çatdıqdan sonra stadionun binasının çıxışında baş verib. Ən azı beş azarkeş bıçaqlanıb, bəzilərini yoldan keçən avtomobil vurub. İsrailin baş naziri Benyamin Netanyahu Amsterdamdan israillilərin təxliyəsi barədə göstəriş verib.
Oxuməni.az