“İndiki ailələrdə olan vəziyyətin hazırkı tələblərə cavab vermədiyi müşahidə olunur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib.
Psixoloq ailələrdə olan vəziyyəti izah edərək onun kiçik bir dövlət olduğunu bildirib.
“Əvvəllər hər şeyi bir yerdən əldə edə bilirdik. İndi isə hər şeyin öz yeri var. Məsələn: əvvəllər lokanta tipli yerlərdə yemək də yeyilirdi, salat da, çay da, desert də verilirdi. İndi isə hər kəs yaxşı ət verən yerin yaxşı çay vermədiyin bilir, yaxşı qəhvə yeri də yaxşı salat verməyə bilir. Bu nə deməkdir?! İnsanlar ehtiyaclarını tək ünvandan təmin edəndə keyfiyyətdən ödün verməli (güzəştə getmək) olduğunu bilirlər. İnsanlar bəlkə də güzəştə getmək istəmirlər, tolerantları azalıb və ya hamı “daha yaxşısı üçün iddialı” olmağa başlayıb. Ailə də bizim “hər şeyi eyni yerdən aldığımız” bir dövlətdir”, – deyə o əlavə edib.
Psixoloq ailələrdəki olan inkişaf prosesin, dəyişimin cəmiyyətlə də əlaqələndirir:
“İnkişaf səviyyəsi bizdən öndə olan dövlətlərdə bu dəyərlər çoxdan dəyişib. Biz də bir növ ya inkişaf edirik, ya yamsılayaraq bənzər modeli tətbiq etməyə çalışırıq. Lakin qeyd etmək lazımdır ki, sağlam dəyərləri olan cəmiyyətlər bu modelə keçid etmir. Keçid edənlər dəyərləri də sağlam olmayan cəmiyyətlərdir. Bəlkə də burda bir az da öz dəyərlərimizi sorğulamalıyıq ki, niyə insanlar “məngənə”dən çıxmış kimi “azadlıq” axtarışındadır? Keçid dönəmi deyib anlayış da göstərə biləcəyimiz bir perioddur. Yoxlayıb görəcəyik ki, ailəsizlik də bizə uyğundur ya yox?”
Mayıl Soltanov