ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) komissarı Mark Uyeda Donald Trampın kriptovalyutalara qarşı təzyiqlərə son qoymaq planını dəstəkləyib.
Publika.az xəbər verir ki, SEC komissarı Trampa kriptovalyuta müharibəsinə son qoymaq vədini yerinə yetirməkdə kömək etmək istəyir.
2022-ci ildən adıçəkilən komissiyada işləyən və Trampın hakimiyyətə gəlişi ilə çox güman ki, sədr səlahiyyətlərini icra edəcək Uyeda bildirib ki, qeydiyyatdan keçməyən firmalara qarşı yeni icraat tədbirləri dayandırılacaq:
“Komissiyanın kriptovalyutaya qarşı müharibəsi, o cümlədən fırıldaqçılıq və ya zərər iddiaları olmadan qeydiyyatdan keçməməyə əsaslanan tədbirlər sona çatmalıdır. Donald Tramp isə kriptovalyutaya qarşı müharibəni bitirmək üçün mühüm işlər görəcək”.