AZ

İkardi mövsümün qalan hissəsini buraxacaq

“Qalatasaray” klubu hücumçusu Mauro İkardinin UEFA Avropa Liqasında “Tottenhem”lə matçda (3:2) dizində çarpaz bağın yırtıldığını təsdiqləyib. Bu barədə “TurkiyeToday” portalı məlumat yayıb.

Xəsarətin MRT müayinəsi ilə təsdiqləndiyi qeyd edilir. Bu zədə səbəbindən argentinalı mövsümün qalan hissəsini buraxacaq. İkardinin həmçinin meniskinndə də problem olduğu bildirilir.

Futbolçu əməliyyata hazırlıq üçün artıq reabilitasiyaya başlayıb.

Mauro İkardi 2023-cü ildən İstanbul klubunda çıxış edir. Bu mövsüm 31 yaşlı forvard bütün turnirlərdə 12 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
19
futbolinfo.az

1Mənbələr