Dövlət bayrağı dövlətçilik atributlarından biridir. Hər bir vətəndaş təhsil aldığı illərdə mək¬təb¬də, ailədə Dövlət Bayrağına sevgi ilə formalaşır. Bu formalaşma onun əsl vətəndaş kimi ic¬ti¬mai vəzifələrini müəyyənləşdirir. Tədbirlərdən birində bir məktəblinin dediyi fikir indi də yadda¬şım¬dadır: “Bayraq dövlət deməkdir”. Uşaq təfəkkürü ilə deyilsə də bu mükəmməl fikri gö¬zəl və¬tən-pərvərlik ruhu bildik. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycan Bay¬rağı, sa¬dəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəm-zidir. Bu, bizim müs¬¬¬təqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan və¬tən¬daşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Ulu Öndərin bu tövsiyəsi indi də Azərbaycan gəncliyinin vətən¬pər¬vər¬lik manifestidir. Müasir Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cüm¬hu¬riy¬yə¬tinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib, iclasın keçirildiyi Azər¬bay¬can Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayı¬na¬dək qü¬rur¬la dalğalanıb. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Mux¬tar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ses¬si¬ya¬sında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və mey¬dan¬da qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Res¬publikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosia¬list” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olun¬¬¬¬malıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bay¬raq¬dır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq” – xalqımızın Ümum¬mil¬li Lideri Heydər Əliyev belə deyib... Azərbaycan Respublika¬sı¬nın Ali So¬ve¬ti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üç¬rəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında qaldırdığı vəsatətə 1991-ci il fevral ayının 5-də baxdı, “Azər¬baycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Döv-lət Bayrağı elan etdi. Dövlət bayrağı dövlətin siyasi pasportudur, Dövlət bayrağı heysiyyətdir, müqəddəsdir, toxunulmazdır... Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın Döv¬lət Bay¬ra¬ğı¬ Azər¬bay¬can və¬tən¬daş¬la¬rı¬nın mil¬li həm¬rəy¬li¬yi¬nin, va¬hid məf¬ku¬rə ət¬ra¬fın¬da sıx bir¬ləş¬mə¬si¬nin baş¬lı¬ca amil¬lə¬rin¬dən bi¬ridir. Ən müqəddəs rəmz¬lər¬dən olan bayraq millətin varlığının əlamətidir, mövcudluğunun təsdiqidir. “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli him¬ni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın döv¬lət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azər¬bay¬ca¬nın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bun¬dan sonra heç vaxt enməyəcəkdir”. – Ulu Öndər Heydər Əliyevin bu kəlamları da, Azərbay¬can Re¬s-pub¬likasının Prezidenti cənab İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, du¬yu-lan nəfəsi¬miz¬dir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa et¬dik¬dən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhu¬riy¬yətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümum¬bə¬şəri ideallara sadiqliyimizi nümayiş etdirir” kəlamları da hər bir azərbaycanlının düşüncələrin¬də-dir… İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İşğal¬dan azad edilən ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı. İndi Dövlət bayrağımız Azərbaycanın sər¬həd¬ləri daxilində hər yerdə dalğalanır. Qürurlanırıq ki, biz azərbaycanlıyıq! Azərbaycan Üçrəngli Dövlət bayrağımızın işığında daha nurlu sabahlara gedir!..
Səbinə Xasayeva
Milli Məclisin deputatı