AZ

Balıqçı gəmisi batdı: 12 nəfər itkin düşdü

Cənubi Koreyada 27 nəfərin olduğu balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xilas edilib, 12 nəfər isə itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Jeju adasının sahillərində baş verib.

Jeju Sahil Mühafizə Qüvvələrindən verilən açıqlamada 16-sı cənubi koreyalı və 11-i əcnəbi olmaqla 27 ekipaj üzvü olan 129 tonluq “Geumseong” balıqçı gəmisinin yerli vaxtla saat 04:30 radələrində batdığı bildirilib.

Ekipajın kömək çağırışı ilə bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupunun göndərildiyi, 2-si huşsuz vəziyyətdə olan toplam 15 nəfərin xilas edilərək xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xəstəxanada vəziyyəti ağır olan 2 nəfərin öldüyü, 10-u cənubi koreyalı, 2-si əcnəbi olmaqla itkin düşən 12 ekipaj üzvünün axtarışlarının davam etdiyi açıqlanıb.

Xilas edilən heyətin ifadələrinə görə, “Geumseong” adlı gəminin balıqlar başqa gəmiyə köçürülərkən anidən naməlum səbəbdən batdığı bildirilib.

Qəza zamanı gəmidə biri aşpaz olan iki nəfərin olduğu, digər ekipaj üzvlərinin çoxunun isə xilasedici jilet olmdan göyərtədə işlədiyi öyrənilib.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Seçilən
31
cebheinfo.az

1Mənbələr