AZ

Olimpiya mükafatçılarımız flaşmobda

Abşeron Milli Parkında "Sağlam Gələcək üçün Gənclər" (Y4HF) flaşmobu keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla və digər rəsmi şəxslər iştirak ediblər.

Flaşmob iştirakçıları suyun həyat üçün əhəmiyyətini vurğulamaq məqsədilə Xəzər dənizinin sahilində "su" və "həyat" sözünün hərflərini formalaşdıraraq canlandırıb.

“Gənc İqlim Elçiləri”, 50-dən çox idmançı, o cümlədən Olimpiya çempionları və mükafatçılarının iştirak etdiyi layihənin əsas məqsədi gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyini vurğulamaqdır.

Aytac Sahəd
İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr