AZ

Dünya ərzaq qiymətləri son 1,5 ilin ən yüksək səviyyəsinə qalxıb

Oxu24.com  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə istinadən yazır ki, oktyabrın sonunda dünyada ərzaq məhsullarının qiymətləri son 18 ayda ən yüksək həddə çatıb.

Oktyabrda ərzaq qiymətləri indeksi orta hesabla 127,4 bənd təşkil edib. Göstərici sentyabr ayı ilə müqayisədə 2%, illik ifadədə isə 5,5% artıb.

“Hər hansı bir şok, istər hava şəraiti, istər ticarət siyasətindəki dəyişikliklər və ya digər amillər vəziyyəti daha da gərginləşdirə bilər. Bu, ərzaq qiymətləri və mövcudluğu üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər”, - deyə FAO-nun iqtisadçısı Monika Totova xəbərdarlıq edib.

Bu arada Rusiya iqtisadiyyatı Mərkəzi Bankın sərtləşdirdiyi pul siyasətinin təsirlərini hiss etməyə başlayıb. Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, noyabrın 1-nə ölkədə inflyasiya 8%-ə qədər azalıb. İki həftə əvvəl bu rəqəm 8,52% idi.

Bundan əvvəl Rusiya Bankı yeni faiz artımının çox yüksək ehtimalı barədə xəbərdarlıq etmişdi.

 

Nigar

 

Seçilən
26
21
oxu24.com

10Mənbələr