ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp "NBC" telekanalına müsahibəsində seçkiqabağı vədini yerinə yetirəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, söhbət ABŞ-dan miqrantların kütləvi şəkildə deportasiyasından gedir.
“Seçki ərəfəsində söz vermişik və başqa seçimimiz yoxdur, vədimizi yerinə yetirməliyik", - deyə ABŞ-ın yeni seçilmiş prezidenti vurğulayıb.
Xatırladaq ki, immiqrasiya siyasətinin sərtləşdirilməsi Trampın seçki çıxışında əsas məqamlardan biri olub.