AZ

Ərdoğan: Tramp Baydenin səhv siyasətindən əl çəkməlidir

“Trampla görüşdə Qəzzadan danışdıq”.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Beynəlxalq Qadınlar və Ədalət Sammitində çıxışı zamanı deyib.

O, Trampın ikinci prezidentlik müddətində əvvəlki administrasiyanın səhv siyasətindən əl çəkəcəyini gözlədiyini bildirib: 

“Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdik. Qəzzanı və Livanı xatırlatdıq. Dəyərli dostum Trampdan ikinci prezidentlik müddətində əvvəlki administrasiyanın səhv siyasətindən əl çəkəcəyini gözləyirik. Onun müharibələrə son vermək üçün əlini daşın altına qoyacağına ürəkdən inanırıq”.

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr