Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi" doğma meydanda "Şamaxı" ilə qollu sülhə razılaşıb.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov oyun barədə təəssüratlarını bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
"Bu gün bayramımızdır. Hər kəsi təbrik edirəm. İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət etsin. Xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Oyuna çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci hissədə rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Yaxşı istifadə edirlər bundan. Yaxşı xal idi. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vaicb olacq. Neftçidən bir xal götürmək uğurludu. Hamını təbrik edirəm".
- Dörd dəqüiqəyə niyə iki qol buraxdız?
- Sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. Rəqibin futbolçusunun ustalığı idi. İkinci qolda ofsayd xətti çəkmək bəlkə də çətin idi. İki qolun arasında bizim də epizodumuz oldu. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la oyunda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan beş dəqiqəni çıxmaqla razı qaldım.
- Dörd dəqiqəyə iki qol buraxdız, əla refleks göstərdiz. Fasilədə təlimatınız nə idi, bir xal, yoxsa daha çox qol?
- Beş dəqiqəyə görə tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. İkinci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız oldu. Bu gün rəqib "Neftçi"dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. Öz komandasının qələbəsi üçün komandamızı qabağa çıxartmalıyam. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq? Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Bu cür mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq.
"Neftçi" "Şamaxı" ilə matça xüsusi forma ilə çıxıb - FOTO
Joze Mourinyo diskvalifikasiya edildi
Fernandu Santuş: "Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz"
Millimizin heyəti açıqlandı
Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir