Bakı. Trend:
Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanışolublar.
Trend xəbərverir ki, mediaturda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov,COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəəməliyyatlar üzrə Baş İcraçı Direktoru Nərmin Carçalova vəəməliyyat şirkətinin departamentlərinin rəhbərləri iştirakediblər.
Əvvəlcə qonaqlar COP29 əməliyyat şirkətinə baş çəkib, daha sonraonların elektrobuslarla Bakı Olimpiya Stadionuna transferi təşkiledilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovmediatur zamanı vurğulayıb ki, COP29-a hazırlıqla məşğul olan bütünkomanda yerli kadrlardan ibarətdir.
"Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyininkomandası da buradadır", - o bildirib.
A.Ələkbərov qeyd edib ki, tədbir zamanı fotoqrafların vəheykəltəraşların bir çox sərgiləri nəzərdə tutulub.
"Bundan əlavə, hər gün onlarla təqdimat keçiriləcək. QHTtədbirlərinin keçirilməsi üçün xüsusi zallar da var ki, bu daAzərbaycanın onların işinə verdiyi dəstəyin təzahürüdür", -A.Ələkbərov bildirib.
Media nümayəndələri ərazidə yaradılan infrastruktur vəobyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdəgörülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, hazırda 67min iştirakçı, həmçinin, COP29-u işıqlandırmaq üçün 3 min 500 medianümayəndəsi qeydiyyatdan keçib.
COP29-un "Yaşıl" və "Mavi Zonalar"ında görülən işlər barədəətraflı məlumat verilib.
COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorununrəhbəri Leyla Mahmudovanın sözlərinə görə, 56 pavilyonun yerləşdiyi"Yaşıl Zona"nın ümumi sahəsi 37 min 500 kvadratmetrdir.
O qeyd edib ki, bundan əlavə, "Yaşıl" zonada 4 konfrans zalıfəaliyyət göstərir.
"Yaşıl Zona"nın əsas sakinləri xarici və yerli şirkətlər,QHT-lər, media və gənclər qruplarıdır. “Yaşıl Zona” noyabrın 11-dənfəaliyyətə başlayacaq. Burada gündəlik proqramlar keçiriləcək", -L.Mahmudova bildirib.
COP29 Əməliyyat Şirkətinin Məkanların inşası departamentinindirektoru Azər Quliyev isə bildirib ki, BMT-nin istifadəsinəveriləcək ərazi tam hazırdır.
"Hazırlıq işlərinin 92 faizi yerinə yetirilib. Tədbirbaşlamazdan əvvəl bütün işlər tamamlanacaq. Binaların tikintisindəistifadə olunan materialların əksəriyyəti təkrar istifadə ediləcək.Müvəqqəti tikililərin sahəsi 112 min kvadratmetr, BMT-nin istifadəedəcəyi ümumi sahə isə 150 min kvadratmetrdir", - A.Quliyevbildirib.
Ziyarətçilər Azərbaycanın, Türkiyənin, Heydər Əliyev Fondununpavilyonları ilə də tanış olublar.
Qeyd edilib ki, "Mavi Zona"da yerləşən Azərbaycan pavilyonununəsas məzmunu Azərbaycanın davamlı inkişaf sahəsində gördüyü işlərəvə layihələrə həsr olunub. Bu pavilyonda iki konfrans zalı daolacaq.
Bundan əlavə, media nümayəndələri iaşə obyektlərindəolublar.
COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların TəmizlənməsiDepartamentinin şöbə müdiri Anar Zeynalov qeyd edib ki, COP29-unenerji təchizatı ilə bağlı bütün işlər tamamlanıb.
Onun sözlərinə görə, podratçı şirkətlərin əməkdaşları iki aydanartıqdır ki, qida ilə təmin olunur və sınaq rejimi başa çatıb.
O qeyd edib ki, ərazidə tikiləcək yeni qəhvəxana vərestoranların təmiri artıq başa çatıb, onların bir çoxu hətta işəbaşlayıb, sınaqdan keçirilib və hazırda fəaliyyətlərini davametdirirlər.
"Portaldakı sifarişlərimiz oktyabr ayının əvvəlindən aktivdir,sifarişlərin əksəriyyəti yerinə yetirilib. “Yaşıl Zona”da 56pərakəndə satış məntəqəsi, iki böyük restoran, 28 qəhvəxana və istiçay məntəqəsi, dünyanın müxtəlif ölkələrindən ərzaq məhsullarınınsatıldığı 24-dən çox satış məntəqəmiz var. Ümumilikdə, konfranszamanı təqdim olunan yeməklərin böyük əksəriyyəti, yəni 90 faizdənçoxu yerli məhsullardan ibarət olacaq", - o bildirib.
Media nümayəndələri COP29-a hazırlıq prosesində fəal iştirakedən könüllülərlə də görüşüblər.
Bundan əlavə, COP29 çərçivəsində istifadə olunan hibrid vəelektrik avtomobilləri haqqında məlumat verilib.