AZ

Toy etmək istəyənlərə üzücü xəbər: Bahalaşır...

Türkiyədə qızıl bahalaşıb. Bazarlar da FED-in bu addımını dəyərləndirməyə başlayıb. Keçən həftə rekordlar ardınca rekord qıran qızıl sərt düzəlişlə üzləşib. FED-in faiz endirimi qərarından sonra isə cüzi toparlanmağa başlayıb. Mütəxəssislər ilin sonuna qədər qızılın 3 min dollar olacağını proqnozlaşdırırlar və qısamüddətli enişdən sonra artım gözləntisi üstünlük təşkil edir. Qlobal ekspertlər xüsusilə qlobal risk iştahasının artacağı təqdirdə qızılın yeni zirvələrə doğru hərəkət edə biləcəyini proqnozlaşdırırlar.
Bəs Azərbaycanda hansı vəziyyət hökm sürür? Ölkənin qızıl bazarında qiymətlərdə hər hansı dəyişiklik gözlənilirmi? İqtisadçı Xalid Kərimli “Yeni Sabah”a açıqlamasında qızıl qiymətləri ilə suallara belə cavab verib:
“Təkcə Türkiyədə deyil, bütün dünya üzrə qızıl qiymətlərində artım müşahidə olunur. Qızıl əmtəəsindən istifadə edilən bütün məhsulların qiymətlərinin qalxması gözlənilir. Dünya bazarında əmtəə birjalarında qızılın qiyməti qalxdıqca qızıl və zərgərlik məmulatları istehsal edən ölkələrdə bu məhsulların qiymətini artıracaqlar”. Xalid Kərimli ölkəmizə idxal olunan qızılın da qiymətində gözlənilən dəyişikliyi şərh edib: “Azərbaycanda da idxal olunan qızıl məhsullarının qiyməti artacaq. Özümüzün də istehsal etdiyimiz zərgərlik məhsulları var ki, onların da qiymətlərində müəyyən dərəcədə artım gözlənilir”.

Qeyd edək ki, qızıl iqtisadi qeyri-müəyyənliklər və digər amillərlə əlaqədar olaraq bahalaşmağa davam edir. Bu vəziyyət, qızılın həm fiziki investisiya, həm də valyuta bazarlarında qiymətinin yüksəlməsi ilə nəticələnir. Lakin qızılın qiyməti bazar şəraitinə, iqtisadi vəziyyətə və digər faktorlara görə dalğalanmalar göstərə bilər, buna görə də qızıl alışı ilə bağlı qərar verərkən diqqətli olmaq vacibdir.

Seçilən
17
20
buta.tv

10Mənbələr