Liatris Holdinq Xətai rayon İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası həyata keçirib.
News24.az xəbər verir ki, aksiya Liatris Holdinqin təşkilatçılığı ilə Xətai rayonu 221 saylı tam orta məktəbində ekologiyamıza töhfə vermək məqsədilə baş tutub.
Tədbirdə Liatris Holdinqin rəhbəri Ruhiyyə Əliyeva, Xətai RİH-in nümayəndələri iştirak edib.
Aksiya zamanı 100-dən artıq müxtəlif növ həmişəyaşıl ağac əkilib.