AZ

Tramp vəd verib, gözləyirik... - Ərdoğan

Bilirsiniz ki, Trampın İsrail tərəfindən başladılan qarşıdurmaları sonlandıracağı ilə bağlı vədi var. Biz o vədin yerinə yetirilməsini, İsrailə "dur" deyilməsini istəyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Ümid edirik, cənab Tramp ikinci prezidentliyi dövründə bölgədə qalıcı sülh və hüzurun təmin edildiyi bir dövr inşa edər. Biz sülh və hüzur tərəfdarıyıq. İsrail-Fələstin məsələsində daimi həllin ortaya qoyulmaması zorakılıq spiralını yaradır və bölgəmiz o döngüdən xilas ola bilmir. Bayden dövründəki siyasətin davam etdirilməsi bölgədə problemləri dərinləşdirir, gərginliyi genişləndirir. Bunu isə əsla istəmərik. İsrailin Fələstin və Livan torpaqlarındakı təcavüzkar davranışlarını dayandırmaq üçün cənab Trampın İsrailə təmin edilən silah dəstəyini dayandırmasının yaxşı bir başlanğıc olacağını deyə bilərəm", - o əlavə edib.

Ərdoğan bildirib ki, İsrailin regionda yayılma hədəflərini dəstəkləyəcək addım bölgədəki gərginliyi artıra, qarşıdurma zonalarını genişləndirə bilər:

"Bölgə xaricindəki ölkələrin bütün bu riskləri nəzərə alaraq Yaxın Şərq siyasətini formalaşdırmasında fayda var. Trampın ABŞ prezidentliyi Yaxın Şərqdəki siyasi və hərbi tarazlığa ciddi şəkildə təsir edəcək. Bölgədə sülh və sabitliyi hədəfləyən addımların atılması qlobal sülhün inşasını təmin edəcək. Əks təqdirdə, qarşıdurmaların yayılması, qətliamların davam etməsi hər kəsi məğlub vəziyyətə salar".

Seçilən
17
3
axar.az

4Mənbələr