AZ

Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna daxil olması türk xalqları arasında əlaqələri möhkəmləndirəcək

Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) fəaliyyəti dövründə Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə Fondun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TMİF-in tam hüquqlu üzvü olmağa hazır olması ilə bağlı bəyanatına dair məlumatında bildirilib.

"Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göstərdiyi etimada görə dərin minnətdarlığını bildirir. Bu təşəbbüsün bizim üçün böyük şərəf olduğunu vurğulamaq istəyirik.

Özbəkistan Prezidentinin bu təşəbbüsünün reallaşması ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək. Həmçinin mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ş.Mirziyoyev bu təşəbbüslə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə çıxış edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Türk Mədəniyyəti və İrsi Fondunun təsisçi ölkələr, Macarıstan isə müşahidəçi ölkədir.

Seçilən
19
1
far.az

2Mənbələr