AZ

Bakı Xoreoqrafiya Akademiyasında Zəfər Gününə həsr olunmuş növbəti  tədbir keçirilib 

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib. 

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, şəhid ailələri və müharibə veteranları iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qalib Ordumuzun şücaəti ilə torpaqlarımız Ermənistan terrorçularının 
işağalından azad olunub: 

"Azərbaycan hərbçiləri Zəfər Gününü tariximizin ən şərəfli səhifəsinə yazaraq, faşist, terror, vandalizm ideologiyasını təbliğ edən Ermənistanın 30 illik işğalına son qoydu". 

Vurğulanıb ki, Zəfər Gününə həsr olunmuş tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun  şanlı qələbələri fonunda xalqa müraciəti videorolik şəklində nümayiş edilib. 

Tədbirdə İncəsənət fakültəsinin tələbə və müəllimlərinin ifasında rəqs kompozisiyaları, musiqi nömrələri,  “Qarabağ” və “Azərbaycan” mahnıları təqdim edilib. 

Sonra Şəhid anaları: Fərid Ələkbərovun anası Şükufə xanım, Murad Nağıyevin anası Xavər xanım, Məmmədağa
Səfərovun anası Rəna xanım, Nicat Tarıverdiyevin anası Şükran xanım, 
Rauf Əliyev anası Xavər xanım çıxış edərək övladlarının simasında şəhid və qəhrəman hərbçilərimizin şücaətlərindən bəhs ediblər. 

Sonda isə BXA-nın rəhbərliyi adından şəhid ailələrinə və müharibə veteranlarına  hədiyyələr təqdim olunub və onlarla xatirə şəkilləri çəkilib. 

Qeyd edək ki,  tədbirin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir.

Seçilən
36
adalet.az

1Mənbələr