ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın əvvəlki administrasiyanın yanlış siyasətindən əl çəkəcəyini gözləyirəm.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əziz dostum Trampın prezidentliyi dövründə əvvəlki administrasiyanın yanlış siyasətlərini geri çevirməsini səbirsizliklə gözləyirik və istəyirik. Bölgədə müharibələrin sona çatması üçün Trampın məsuliyyət daşıyacağına səmimi inanıram. Biz öz tərəfimizdən qan tökülməsinin qarşısını almaq, münaqişə, müharibələrə və gərginliyə son qoymaq üçün əlimizdən gələni edəcəyik”, - Ərdoğan bildirib.
Müəllif: Əsəd Məmmədəliyev