AZ

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 9 ailə Cəbrayıla köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

İqtisadiyyat.az "Report"a istinadən xəbəbr verir ki, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 46 sakin olmaqla daha 9 ailə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 13 ailə, Sumqayıtdan 1 ailə, Abşeron rayonundan 4 ailə, Saatlıdan 1 ailə, Beyləqandan 1 ailə, Gəncə şəhərindən 1 ailə olmaqla ümumillikdə 30 ailə, 150 sakin növbəti köç karvanında yola salınıb.

Qeyd olunub ki, bu günədək Cəbrayıl şəhərinə ölkənin müxtəlf bölgələrində məskunlaşmış 163 ailə, 583 rayon sakini köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Seçilən
22
2
iqtisadiyyat.az

3Mənbələr