AZ

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

"NRG Energy" cümə günü III rüb üzrə əsas gəlir proqnozlarını aşaraq təchizat xərclərinin aşağı düşməsi səbəbindən 2024-cü il üçün mənfəət gözləntilərini artırdı. Bu xəbər şirkətin səhmlərinin ticarətə başlamazdan əvvəl 3%-dən çox artmasına səbəb olub.

Valyuta.Az "Yahoo Finance"ə istinadla xəbər verir ki, ABŞ-da təbii qazın qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə bu rübdə ucuzlaşaraq "NRG"nin xidmət sahələrində yanacaq təchizatını daha sərfəli edib.

Bununla yanaşı, "NRG" şirkəti iqtisadi hedcinq* üzrə yaranan itkilər səbəbindən III rübdə 767 milyon dollar zərər açıqlayıb. Halbuki ötən ilin eyni dövründə şirkət 343 milyon dollar mənfəət əldə etmişdi. Şirkət Texasda "ERCOT"un** gələcək enerji qiymətlərinin azalması səbəbindən xalis mənfəətə 1,63 milyard dollar mənfi təsir olduğunu bildirib.

Hedcinq, şirkətlərə riskləri azaltmaqda və enerji treyderlərini gözlənilməz və ya mənfi qiymət dəyişikliklərindən qorumaqda kömək edə bilər.

Texasda yerləşən bu enerji şirkəti hazırda 2024-cü il üçün tənzimlənmiş mənfəət proqnozunu hər səhm üçün 5,95-6,75 dollar aralığında gözləyir; əvvəlki proqnoz isə 5,00-6,30 dollar idi.

2025-ci ildə isə şirkət illik tənzimlənmiş mənfəətin hər səhm üçün 6,75-7,75 dollar aralığında olacağını proqnozlaşdırır ki, bu göstəricinin orta dəyəri LSEG*** tərəfindən toplanmış məlumatlara əsasən analitiklərin hər səhm üçün 6,80 dollar olan proqnozunu üstələyir.

"NRG Energy" 30 sentyabrda bitən üç ay ərzində faiz, vergi, amortizasiya və köhnəlmə xərcləri çıxılmadan əvvəl müəyyənləndirilmiş 1,06 milyard dollarlıq qazanc əldə edib ki, bu da 997,9 milyon dollar gözləntisini üstələyib.

Lakin, hər səhm üçün mənfəət 1,90 dollar olub ki, bu da analitiklərin 2 dollar proqnozundan aşağıdır.

* Hedcinq - şirkətlərin maliyyə bazarlarında qiymət dəyişkənliyindən yaranan riskləri azaltmaq üçün gələcəkdəki mümkün itkiləri sığortalama üsuludur.

** ERCOT ("Electric Reliability Council of Texas") - Texas ştatının elektrik enerjisi şəbəkəsini idarə edən və ştat daxilində elektrik enerjisinin tədarükünü və etibarlılığını təmin edən təşkilatdır. 

*** LSEG ("London Stock Exchange Group") - maliyyə məlumatları, analitik proqnozlar və bazar infrastrukturu xidmətləri təklif edən bir şirkətdir.

Rəhim


 

Seçilən
18
valyuta.az

1Mənbələr