İspaniyada daşqınlar zamanı həlak olanların sayı 223-ə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Oskar Puente “X” hesabında bildirib.
O, qurbanların daha çox Valensiyada qeydə alındığını vurğulayıb. Belə ki, Valensiyada qurbanlar 215 nəfər təşkil edib.